İtaliyada nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadəyə görə cərimələr artırılacaq.
Son vaxtlar ölkədə yol-nəqliyyat hadisələrinin artması fonunda qaydalara tabe olmayanlara, xüsusən də avtomobil idarə edərkən mobil telefondan istifadə edənlərə qarşı tətbiq olunan cərimələr və cərimə ballarının artırılması haqqında fərman qəbul edilib.
Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, Nazirlər Şurasının qəbul etdiyi fərman çərçivəsində nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadəyə görə saxlanılan sürücülərə tətbiq olunacaq cərimələr 165-660 avrodan 422-1697 avroyadək artırılıb. Bundan başqa, sürücü qayda pozuntusuna görə 15 gündən 2 ayadək sürücülük vəsiqəsindən məhrum olunacaq. Qayda pozuntusu iki il ərzində təkrarlanarsa, sürücü 1 aydan 3 ayadək sürücülük vəsiqəsindən məhrum ediləcək və ona əlavə olaraq 2588 avro cərimə tətbiq olunacaq. Birinci qayda pozuntusuna görə sürücüyə 8, ikinci qayda pozuntusuna görə isə 10 cərimə balı tətbiq ediləcək.
Yeni fərmanın oktyabr ayında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Tehsil-press.az