
Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq və ya 200 manat məbləğində cərimə ediləcək.
Mövcud qanunvericiliyə əsasən, xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq edilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Tehsil-press.az