“Bunu ancaq Mirşahin yaxşı bilir” – İlham Əliyev

“Bunu ancaq Mirşahin yaxşı bilir” – İlham Əliyev “907-ci düzəliş bizə qarşı tətbiq olunanda bu çox böyük ədalətsizlik idi”.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarında müsahibəsində bildirib.

“Eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt gənc idiniz, uşaq idiniz. Əlbəttə ki, bu bir biabırçılıq idi. Azərbaycan diplomatiyasılna rıəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər. Hətta Azərbaycan dilində düz əməlli danışa bilmirdilər. Heç bir təcrübəsi olmadan, hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olunrudular. O vaxtkı AXC-Müsavat hakmiyyəti peşəkarlardan ibarət deyildi. Əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar”, – deyə dövlət başçısı qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər