“Erməni soyqırımı”nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər”

“Erməni soyqırımı”nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər” “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib:
“Bizim səylərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında mühüm rol oynadı. Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq.
Ancaq sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər.
Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik”.

Tehsil-press.az


Oxşar xəbərlər