Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb

Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb.

Bu barədə AMB-dən bildirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildirilib ki, qurumun binada fəaliyyətə başlaması tarixinə dair ətraflı məlumat veriləcək.

Xatırladaq ki, AMB-nin 37 mərtəbədən ibarət yeni inzibati binanın sahəsi 68 min kv.metr, hündürlüyü isə 168 metrdir. Binanın detallı layihələndirməsi və tikintisi üçün tender 2020-ci ildə elan edib. 2021-ci ildə isə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər