ABŞ Venesuelada hərbi əməliyyatdan əvvəl Prezident Nikolas Maduroya dünyanın istənilən yerinə getməyi təklif etmişdi.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində bildirib.
"Bildiyimiz qədəri ilə, ABŞ Maduroya dünyanın istənilən yerinə köçmək təklifi verib. Əks halda, hərbi əməliyyat barədə xəbərdarlıq ediblər. Bizə nə Madurodan, nə də başqa bir ölkədən belə bir sorğu daxil olub", - Türkiyənin xarici işlər naziri deyib.
Tehsil-press.az















