Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Bu barədə "Hürriyyət" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, telefon danışığında Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.
Blinkenlə telefon danışığında Hakan Fidan İsrailin Rəfaha hücumunun qəbuledilməz olduğunu və Qəzzada ən qısa zamanda daimi atəşkəsin yaradılmasının vacibliyini bildirib.
Bundan əlavə, xarici işlər naziri Hakan Fidan Qətərdə HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı atəşkəs danışıqlarındakı son vəziyyət müzakirə olunub.
Tehsil-press.az