"Birmarket"in yaradıcısı "Competo" MMC şirkətinin yeni rəhbəri Məmmədov Samir Sabir oğlu təyin edilib.
Bundan öncə, bu vəzifəni Qulaməliyev Rauf İlham oğlu icra edirdi.
Sözügedən şirkət 178 milyon 383 min 780 manat nizamnamə kapitalı ilə yaradılıb.
“Birmarket” 2018-ci ilin fevralın 9-da dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Azərbaycanda işləyən rəqəmsal loyallıq və ödəniş platforması olan “Umico”nun mobil tətbiqi 1 iyul 2025-ci il tarixindən etibarən "Birmarket" brendinə dəyişib.
Tehsil-press.az










