
17 745 543 manatlıq satınalma müqavilələrinin 5-i “AVAZ GROUP” MMC ilə bağlanıb.
Açıq mənbələrdən aydın görünür ki, AQTİ 5 müsabiqə üzrə 17.7 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlər isə AQTİ “Avaz Group”dan yalnız laboratoriya avadanlığı və bəzi reaktivlər alıb.
Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.
Rentry.co saytında yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.
Bildirilib ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilib. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.
AQTİ-nin həyata keçirdiyi maraqlı tenderlər sırasında isə avtomobil həvəskarlığı diqqəti çəkir. Belə ki, bu qurum bir ilin içində 655 min 500 manatlıq avtomobillər alıb. Onlardan 4-ü “LEXUS-BAKI” MMC-dən alınıb. Bu sedan tipli maşınlara AQTİ 448.800 min manat xərcləyib. İkinci tender isə “TOYOTA ABSHERON MERKEZI” MMC-nin “bəxtinə” düşüb. 3 avtomobilin alınmasına 206.700 manat sərf olunub.
Tehsil-press.az