Ana ola bilmədiyi üçün peşmandır

Ana ola bilmədiyi üçün peşmandır Yeşilçamın əfsanəvi aktrisası Nebahat Çehre illər sonra səmimi etirafları ilə gündəmə gəlib.

Iki dəfə ailə qursa da, heç vaxt ana olmayan sənətçi ilk dəfə olaraq içində qalan “kaş ki”lərini bu qədər açıq şəkildə dilə gətirib.

“Kaş 50 illik bir evliliyim olsaydı. Uşaqlarım, nəvələrim olsaydı” deyən Nebahat Çehre böyük və mehriban bir ailə arzusunu heç vaxt gizlətmədiyini bildirib. Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Usta aktrisa deyib ki, həyatda ən böyük arzularından biri böyük ailə süfrəsi arxasında sevdikləri ilə bir arada olmaq idi:

“Böyük, qələbəlik bir ailə xəyalım vardı. Hamımızın eyni masada oturması, o səs-küy, o istilik…”

Nebahat Çehre ana olmamasının səbəbini də ilk dəfə bu qədər açıq şəkildə izah edib. O bildirib ki, uşaqlıq travmaları bu qərarında həlledici rol oynayıb:

“Atamı çox erkən yaşda itirdim və ögey ata ilə böyüdüm. Öz uşağımın da başqa bir ata ilə böyüməsini istəmədim. Bütün səbəb budur. Uşaqlıqda yaşadığım ağrını başqasına yaşatmaq istəmədim”.

Tehsil-press.az

Oxşar xəbərlər