Prezidentliyə namizəd Razi Nurullayevin İctimai Televiziyanın efirində təşkil olunan debat proqramında ailə qurmayan xanımlara müraciəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
R. Nurullayev çıxışında qeyd edib ki, dinin siyasətdən ayrı olmasını istəsə də, bəzi sahələrdə İslam əxlaqının formalaşmasının tərəfdarıdır: “Bizim yeni İslam modelimiz bunu özündə ehtiva edir. Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınlarımız var. Bundan başqa fiziki məhdudiyyətli xanımlarımız var. Həmçinin bu və ya digər səbəblərdən ailə qurmayan xanımlarımız var. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir. Bizim xanımlar gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bunu təbliğ edir”.
Tehsil-press.az