Nazir xalqına səsləndi: “Peşman olacaqsınız”

Nazir xalqına səsləndi: “Peşman olacaqsınız” “Əgər ukraynalılar ölkədən deportasiya olunarsa, onlar üçün darıxacağıq”.

Bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

“İfrat sağçıların istəkləri gerçəkləşərsə və ukraynalılar evə qayıdarlarsa, biz buna peşman olacağıq”, – o bildirib.

Eyni zamanda, Sikorski polyakları ölkədəki Ukrayna vətəndaşlarına qarşı qonaqpərvərliyini qorumağa çağırıb.

Bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti Polşa sakinlərinin ölkəyə gələn ukraynalı miqrantlara qarşı getdikcə daha çox düşmənçilik etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər