Oktyabrın 25-dən Çexiya pasportlarında turistik Şengen vizası olan rusların ölkəyə girişini qadağan edəcək.
Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
“Oktyabrın 25-dən biz turizm, mədəniyyət və idman məqsədilə qısamüddətli Şengen vizası almış Rusiya vətəndaşlarına qarşı tədbirlər tətbiq edirik.
Onların Çexiyaya girişi qadağan olunacaq. Bu, ilk növbədə Praqadakı hava limanına gələn Rusiya vətəndaşlarına aiddir”.
Nazir xatırladıb ki, Ukrayna hadisələri fonunda Finlandiya, Polşa və Baltikyanı ölkələr artıq Rusiya vətəndaşlarına münasibətdə belə tədbirlər görüblər.
Tehsil-press.az