Təzyiq qurbana deyil, təcavüzkara edilməlidir - Polşa

Təzyiq qurbana deyil, təcavüzkara edilməlidir - Polşa Sülhün bərqərar olması üçün təzyiq qurbana deyil, təcavüzkara tətbiq olunmalıdır.

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski X hesabında yazıb.

“Sabah Vaşinqtonda olacaq danışıqlardan əvvəl Qərb Koalisiyasının görüşü yekunlaşdı. Mən vurğuladım ki, sülhün təmin olunması üçün təzyiq qurbana deyil, təcavüzkara göstərilməlidir”, - Sikorski bildirib.

Qeyd edək ki, sabah Vaşinqtonda Trampın Zelenski və Avropa liderləri ilə görüşü gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər