Bu uşaq qidasında çirkləndirici aşkarlandı

Bu uşaq qidasında çirkləndirici aşkarlandı İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Qeyd edək ki, "Sereulid" düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.

Tehsil-press.az

Oxşar xəbərlər