Elçin Ağamalıdan ŞOK İTTİHAMLAR: “Qeyri-legitim qurultay keçirilir”

Elçin Ağamalıdan ŞOK İTTİHAMLAR: “Qeyri-legitim qurultay keçirilir” "Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğvi və hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediblər".

Bu barədə Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı özünün "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təqiblər başlanıb:

"Qurultaydan sonrakı ilk 5-6 gün istisna olmaqla, müzakirələrin fərqli məcraya yönəlməməsi üçün mətbuatdan və sosial şəbəkələrdən ona ünvanlanan sualları cavablandırmaqdan mümkün qədər çəkinmişəm. Partiyada yaranmış problemlərin qarşılıqlı dialoq yolu ilə həlli üçün çoxsaylı təşəbbüslər göstərsə də, bu addımlar müsbət nəticə verməyib. Bir müddət şəxsən mənə qarşı olan haqsız münasibətlə barışaraq geri addım atmaq barədə düşüncələrim olsa da, qurultaydan sonra partiyada baş verən proseslər məni bu fikirdən daşındırıb. Qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təqiblər başlanıb, onlar əsassız iddialarla, bəzən isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən kənarlaşdırılıblar ki, bu da mövcud yerli təşkilatların təxminən dörddə üçünü təşkil edir".

Elçin Ağamalının sözlərinə görə, qərarlar qeyri-legitim partiya strukturlarının adından qəbul olunub və bu proses daha çox qanunsuz qərarların verilməsi ilə nəticələnib.

"Hazırda partiyanın yerləşdiyi binanın akt zalında nizamnamə müddəalarının kobud şəkildə pozulması ilə müşayiət olunan növbəti qurultay gizli şəkildə keçirilir. Bakı şəhəri və ətraf rayonlardan gətirilən, əsasən partiyaya aidiyyatı olmayan şəxslərin iştirakı ilə təşkil edilən bu toplantı qeyri-legitimdir. Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğvi və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması onun üçün artıq vicdan məsələsidir", - deyə E.Ağamalı əlavə edib.

O əlavə edib ki, məhkəmə prosesinin gedişi barədə mətbuata mütəmadi məlumat veriləcək.

Xatırladaq ki, Ana Vətən Partyiyasının hazırkı sədri Fəzail Ağamalı İdarə Heyətinin qərarı ilə Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər