"Əl-Cəzirə" kanalı Suriyada Əsəd rejiminin törətdiyi müharibə cinayətlərini əldə etdiyi səs yazıları və sənədlərdən istifadə edərək ifşa edib.Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, keçmiş rejimin vacib isimlərindən sayılan general-mayor Bassam əl-Həsənin səs yazısı ortaya çıxıb. Səs yazısında Həsən kimyəvi silahdan istifadə əmrinin şəxsən Bəşər Əsəd tərəfindən verildiyini açıqlayır.
Vurğulanıb ki, Həsən əmri Badi Əliyə çatdırıb və o da öz növbəsində kimyəvi silah bölməsinin rəisi, briqada generalı Həsən Abbasla əməkdaşlıq edərək hücumu koordinasiya edib.
Tehsil-press.az











