Tamaşa martın 5-də Heydər Əliyev Sarayında səhnəyə qoyulacaq.
Sənətkar böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandıracaq.
Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır:
"Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"
Layihədə Xalq artisti Mehriban Zəki, aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak edirlər.
Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer alacaq.

Tehsil-press.az











