Bəşər Əsədin həyat yoldaşı xərçəngə tutuldu

Bəşər Əsədin həyat yoldaşı xərçəngə tutuldu Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddə bədxassəli süd vəzi xərçəngi aşkarlanıb.
Bu barədə Suriya Prezident Administrasiyasının Tvitterdəki rəsmi hesabında məlumat verilib.
Əsma Əsəd və Bəşər Əsədin xəstəxanada birlikdə çəkilən fotosu paylaşılaraq aşağıdakı qeydlər yazılıb:
“Güc, etimad və inancla... Əsma Əsəd erkən diaqnozu qoyulan bədxassəli süd vəzi xərçəngi səbəbiylə müalicəyə başlayıb. Ona şəfa diləyirik”.
Qeyd edək ki, 2000-ci ildə ailə quran Bəşər və Əsma Əsəd cütlüyünün 3 övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər