Xalq artisti Niyaməddin Musayev qızının bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyində işləməsi və polkovnik rütbəsi daşıması xəbərlərinə münasibət bildirib.Ozəl olaraq açıqlamasında Xalq artisti qızının bir neçə il əvvəl FHN-də işləməsi xəbərini təsdiqləyib.
"Bəli,qızım orada işləyib.Mən o vaxtı getdim və qızımın işə götürülməsini xahiş etdim. Onlar da xahişimi yerə salmadılar.Yoxladılar,imtahan etdilər və işə götürdülər.Qızım ali təhsillidir.Qanuni şəkildə işə qəbul edilib.Ancaq onun rütbəsindən xəbərim yoxdur",-deyə Niyaməddin Musayev bildirib.
"Bəs,qızınız işdən niyə ayrıldı?" sualına o belə cavab verib:
"Qərar özünün oldu.Mən ona qarışa bilməzdim.Əlavə suallara cavab vermək istəmirəm.Bu,söz-söhbətlər onsuz da məni yorub",-deyə Xalq artisti bildirib.
Qeyd edək ki,Niyaməddin Musayevin qızı Röya Musayevanın FHN-də bir müddət vəzifə tutma xəbərini ilk olaraq Oxu24.com saytı yaymışdı.
Tehsil-press.az















