Məcnun Məmmədova iki yeni müavin təyin edildi

Məcnun Məmmədova iki yeni müavin təyin edildi Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb. Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər