Qardaşı arvadını bıçaqlayaraq öldürdü - Bakıda

Qardaşı arvadını bıçaqlayaraq öldürdü - Bakıda Bakıda qətl hadisəsi baş verib. Hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.
Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər