Kursk vilayətində PUA hücumu təhlükəsi elan edildi

Kursk vilayətində PUA hücumu təhlükəsi elan edildi Rusiyanın Kursk vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi ilə bağlı rejim tətbiq olunub.

Bu barədə Kursk vilayətinin Operativ Qərargahı rəsmi Telegram kanalında məlumat yayıb.

Məlumatda bildirilib ki, əhali ayıq-sayıq olmalıdır: “Kursk vilayəti: PUA hücumu təhlükəsi. Diqqətli olun! Mümkün hücumun qarşısının alınması üçün hava hücumundan müdafiə qüvvə və vasitələri tam hazırlıq vəziyyətinə gətirilib”.

PUA hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq əsasən infrastruktur obyektləri üçün risk yarandığını göstərir. Bəzi regionlarda təhlükə səviyyələri rənglərlə ifadə olunur: qırmızı rəng fövqəladə, sarı rəng isə potensial təhlükə anlamına gəlir. Əhalinin məlumatlandırılması üçün səsli sirenlərdən, şifahi elanlardan, mobil tətbiqlərdə “push” bildirişlərdən və rəsmi informasiya kanallarından istifadə olunur.

Qeyd edək ki, bundan əvvəl oxşar təhlükə rejimi Penza vilayətində də elan edilib. Voronej vilayətində isə PUA hücumu nəticəsində neft məhsullarının yanması qeydə alınıb. Vilayətin qubernatoru Aleksandr Qusevin verdiyi məlumata görə, hadisə zamanı insanlara zərər dəyməyib.

Tehsil-press.az

Oxşar xəbərlər