Rusiyaya güclü pilotsuz təyyarə hücumu edilib

Rusiyaya güclü pilotsuz təyyarə hücumu edilib Rusiya Müdafiə Nazirliyi oktyabrın 18-nə keçən gecə Belqorod və Kursk vilayətləri Rusiya Federasiyasının ərazisindəki obyektlərə və Qara dəniz üzərində hücum həyata keçirməyə cəhd edən Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, oktyabrın 18-nə keçən gecə bölgə səmasında Ukraynaya məxsus 6 pilotsuz uçan aparat vurulub. Onun sözlərinə görə, dağıntı və tələfat olmayıb.
Kursk qubernatoru Roman Starovoyt regionun səmasında on pilotsuz təyyarənin məhv edilməsindən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər