Moskvaya dron hücumu oldu, hava limanları bağlandı

Moskvaya dron hücumu oldu, hava limanları bağlandı ecə saatlarında Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Paytaxtın Strogino və Krasnoqorsk şəhərlərində ard-arda partlayış səsləri eşidilib.
TASS agentliyi isə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo aeroportları üzərində hava məkanının bağlanması barədə məlumat yayıb:
“Uçuşlar qəbul edilmir, təxirə salınıb”.
***
Moskva meri Sergey Sobyanin teleqram kanalında dron hücumunu təsdiqləyib.
O bildirib ki, hava hücumundan müdafiə qüvvələri Krasnoqorsk vilayətində və Moskva vilayətinin Çastsı rayonunda iki PUA-nı vurub.
Hazırda xüsusi təyinatlılar hadisə yerindədir.

Tehsil-press.az



Oxşar xəbərlər