F1-in ilk yürüşünün qalibi bəlli oldu

F1-in ilk yürüşünün qalibi bəlli oldu "Red Bull Racing” komandasının pilotu dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib.

İyunun 17-də saat 17:00-da Formula-1 Avropa Qran-prisinin ikinci test yürüşü başlayıb. İkinci yürüşdə də hər biri iki pilotdan ibarət 11 komanda iştirak edir. Birinci test yürüşü bu gün saat 13:00-da başlayıb. Yürüş nəticəsində bir pilot qəzaya uğrayıb, bir neçə pilot isə yolu səhv salıb. Birinci yürüşün lideri “Mersedes”in britaniyalı pilotu Luis Hamilton olub.

F1-in ilk yürüşünün qalibi bəlli oldu

F1-in ilk yürüşünün qalibi bəlli oldu

15:46 / Birinci test yürüşünün nəticələri
“Mercedes”in pilotu Luis Hemilton Bakıdakı ilk sınaq yarışı zamanı ən yaxşı nəticəni göstərib. ANS PRESS-in məlumatına görə, Bakı trasında ilk dəfə çıxan pilotlar yürüşə ehtiyatla başlayıblar.
McLaren pilotları Fernando Alonso və Censon Battonun fikirincə, simulyatordan fərqli olaraq realda tras bir az dardır.
Pilotlar üçün yeni olan trassda səhvlər də az olmayıb: Esteban Qutyerres, Daniil Kvyat, Sebastyan Fettel, Markus Erikson, Kevin Maqnussen və Colion Palmer yollarını azıblar.
Döngələrdən birində Luis Hemilton divara dəyib, bir neçə saniyə sonra isə 15-ci döngədə test yürüşünün ilk ciddi qəzası baş verib. Yürüşün sonuna 23 dəqiqə qalmış Danniel Rikardo döngədə sürət həddini düzgün tənzimləmədiyi üçün arxa sağ təkəri ilə maneəyə çırpılıb. Nəticədə bolidə ciddi ziyan dəyib və indi “Red Bull Racing”in mexanikləri bolidi 2-ci məşqə hazır etmək üçün ciddi çalışmalıdırlar. Rikardonun qəzasından 10 dəqiqə sonra marşallar trası bərpa ediblər və məşq davam edib.
15-ci döngədə növbəti dəfə fərqlənən Karlos Sayns olub. O, burada qabaq spoylerini sındırıb.
Birinci sınaq yürüşündə bəxti gətirməyənlər arasında hollandiyalı Maks Fertappen olub. “Red Bull-TAG Heuer”ə məxsus maşının mühərrikindən yanacağın axması nəticəsində Fertappen sadəcə 7 dövr edə bilib.
Nəticələrə gəldikdə halqanı ən qısa zaman ərzində qət edən Luis Hemilton olub. Onun nəticəsi 1,46,435 dəqiqə olub. Ondan 0,377 saniyə geri qalan ümumi hesab lideri Niko Rosberq olub. Monreal uğurundan ilhamlanan Valtteri Bottas yürüş zamanı yaxşı görünürdü və 3-cü yeri tutaraq Hemiltonla eyni saniyəyə malik olan sonuncu pilot olub.

F1-in ilk yürüşünün qalibi bəlli oldu



Tehsil-press.az

Oxşar xəbərlər