Formula-1-də maraqlı hadisə - Pilot yolu səhv saldı

Formula-1-də maraqlı hadisə - Pilot yolu səhv saldı İyunun 17-də saat 13:00-da Formula-1 Avropa Qran-prisinin birinci test yürüşü başlayıb.

Tehsil-press.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq və Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton yürüşdə iştirak edirlər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Estabean Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.
Pilotlar öz bolidləri ilə 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.
İyunun 18-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. İyunun 19-da isə Formula-1 azarkeşləri Avropa Qran-prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.
Tehsil-press.az-ın yaydığı xəbərə görə isə Formula-1 Avropa Qran-prisinin birinci test yürüşündə maraqlı hadisə baş verib. Belə ki, “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.
Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.
“Red Bull Racing”in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib.
Qeyd edək ki, hazırda ən yaxşı göstərici “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur.


Formula-1-də maraqlı hadisə - Pilot yolu səhv saldı

Tehsil-press.az

Oxşar xəbərlər