Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib. “Qafqazinfo” apasport.az-a istinadən xəbər verir ki, “Red Bull” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirib.
Nəticədə o, bolidi divara çırpıb. Bundan əlavə, 3 pilot döngələrdən birində istiqaməti səhv salıb. Bunlar “Haas” komandasının pilotu Esteban Qutyerres, “Renault”un pilotu Kevin Maqnussen və “Red Bull”un pilotu Daniil Kvyat olub.
Belə ki, 16-cı döngədə sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər. Lakin yolun bağlı olduğunu görərək, sonradan istiqaməti düzəldiblər.
Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.
Tehsil-press.az