İnformasiya Texnologiyaları İnstitutunda yeni tədris ilinə start verilib

İnformasiya Texnologiyaları İnstitutunda yeni tədris ilinə start verilib İnformasiya Texnologiyaları İnstitutunda 2-ci kurs magistrantların yeni tədris ilinə start verilib.
Dərslər “Zoom Meeting” proqramı vasitəsilə keçirilir. Üçüncü semestrdə magistrantlara informasiya texnologiyalarından istifadə, informasiya cəmiyyətinin əsasları, sistem və proseslərin kompüter modelləşdirilməsi, verilənlərin intellektual analizi, obyektyönümlü proqramlaşdırma, maşın təlimi metodları, etik hakinq metodları fənləri tədris olunur.
Qeyd edək ki, magistratura pilləsi üzrə 2-ci kursda 8 nəfər təhsil alır. Onların dissertasiyalarının may ayınadək tamamlanması üçün elmi rəhbərlərlə onlayn görüşlər keçirilib, elmi-tədqiqat işlərinin strukturu razılaşdırılıb, lazımi metodik vəsaitlərin elektron versiyaları magistrantlara göndərilib.

Tehsil-press.az

Oxşar xəbərlər