Bakı Dövlət Universitetinin (BDU) tələbələri AMEA İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər.
BDU-nun Tətbiqi riyaziyyat fakültəsinin kompüter elmləri ixtisası üzrə əyani təhsil alan IV kurs tələbələri institutun müvafiq şöbələrində təcrübəyə başlayıblar. Təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və s. nəzəri və texnoloji biliklər aşılanacaq.
Aprelin 27-dək davam edəcək istehsalat təcrübəsi BDU ilə İnformasiya Texnologiyaları arasında əməkdaşlıq əsasında keçirilir.
Tehsil-press.az