BDU-da “planetlərin paradı”nın astronomik müşahidəsi keçiriləcək

BDU-da “planetlərin paradı”nın astronomik müşahidəsi keçiriləcək Martın 3-də Bakı Dövlət Universitetində (BDU) "Planetlərin paradı"nın astronomik müşahidəsi keçiriləcək.

“Planetlərin paradı”nda 6 planet iştirak edəcək. Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanacaqlar. Günəşdən sıralanma ardıcıllığı aşağıdakı kimi olacaq: Merkuri, Venera,  Neptun, Saturn, Uran və Yupiter. 

“Planetlərin böyük paradı”nı Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək mümkün olacaq. Belə ki, Bakı vaxti ilə Günəş saat 18:34-də batacaq, bunun ardınca isə artıq Merkuri, Venera, Neptun və Saturn qərbdə Günəş batdığı istiqamətdə üfüq yaxınlığında olacaqlar.

Müşahidə tədbiri BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin önündə həyata keçiriləcək. Müşahidə "Celestron - Schmidt Cassegrain" teleskopu vasitəsilə aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər