BDU-da astronomik müşahidə günü

BDU-da astronomik müşahidə günü Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə astronomik müşahidə günü keçirilib.

Müşahidə tədbirində universitet əməkdaşları və müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

Əvvəlcə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov teleskopla səmanın müşahidəsi və teleskopun qurulması ilə bağlı məlumat verib.

Sonra tələbələr teleskop vasitəsilə Yerin peykini müşahidə ediblər.

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Astronomiya dərnəyinin rəhbəri və Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev dərnəyin fəaliyyət istiqamətləri haqqında tələbələri məlumatlandırıb. Tələbələri Astronomiya dərnəyinə üzv olmağa dəvət edib. 

Tehsil-press.az

Oxşar xəbərlər