Roma tarixində ilk dəfə qadın namizəd şəhər meri seçilib. Mer postu uğrunda mübarizədə qadın namizəd seçkilərin ikinci turunda 67% səslə qalib gəlib. Bu, müxalifətdəki “5 ulduz” hərəkatının nümayəndəsi, 37 yaşlı Virciniya Raccidir.
Elə həmin hərəkatın digər qadın nümayəndəsi Kiyara Appendino da Turin şəhərinin meri olmaq uğrunda səsvermənin nəticələrində qalib gələrək liderlik edir.
Seçkinin nəticələri hakim Demokrat partiyası üçün məğlubiyyət sayıla bilər. Belə ki, baş nazir Matteo Renzinin rəhbərlik etdiyi Demokrat partiyası, demək olar ki, bütün iri şəhərləri müxalifətə uduzub.
Demokrat partiyası iri şəhərlərdən yalnız Boloniya və Milanda öz mövqeyini qoruyub saxlamaqla təsəlli tapa bilib. Demokratların namizədi Vircinio Merola, ən yaxın rəqibi, “Şimal liqası”ndan Luçio Borqondzonini 10 faiz qabaqlayır.
Bildirilir ki, Romada qələbə, qloballaşmaya qarşı olan "5 Ulduz" hərəkatına 2018-ci ildə parlament seçkiləri üçün platforma verə bilər.
Tehsil-press.az