Əhməd Davudoğlu istefa verir?

Əhməd Davudoğlu istefa verir? Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.

Tehsil-press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün prezident Ərdoğanla görüşən baş nazir Əhməd Davudoğlunun bu barədə sabah açıqlama verəcəyi bildirilir. Partiyanın may ayında qurultaya gedəcəyi ifadə edilir. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı deyilir.
Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər. NTV telekanalının məlumatına görə, qurultayın keçirilməsinin dəqiq vaxtı sabah bəlli olacaq. Baş nazir Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini verməyəcəyi bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər