Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi Azərbaycanın iki diplomatı "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.

Təxliyə olunanlar arasında Rusiyanın da üç diplomatı olub.

Bundan başqa, Çexiyanın 3 diplomatı İrandan Azərbaycana təxliyə edilib.

Qeyd edək ki, daha öncə Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verib.

***

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.

Onların təxliyəsi "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər