Moskva Dövlət Universitetinin kitabxanası təxliyə edildi

Moskva Dövlət Universitetinin kitabxanası təxliyə edildi Moskvanın Moxova küçəsində yerləşən Moskva Dövlət Universitetinin elmi kitabxanasında oxucu və əməkdaşların təcili təxliyəsi aparılır. Trend-in məlumatına görə, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub.
Binanın ətrafı polis tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 180 şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.Zənglərdən heç biri öz təsdiqini tapmayıb.

Tehsil-press.az


Oxşar xəbərlər