Qərbi Balkan regionu ölkələri İsraildəki vətəndaşlarını təxliyə etməyə başlayıb.
Serbiya 132 nəfərdən ibarət ilk qrupu Təl-Əvivdən Belqrada təxliyə edib. “Air Serbia” aviaşirkətinin digər təyyarəsi ilə daha 144 Serbiya vətəndaşı bu gün ölkəyə gətiriləcək.
Serbiyanın Baş naziri Ana Brnabiç Prezident Aleksandar Vuçiçin tapşıdığı ilə ölkə vətəndaşlarının İsraildən təxliyəsinin davam etdiyini bildirib. Hazırda İsraildə xeyli sayda serbiyalının olduğu və bu ölkədə davam edən hücumlarda bir Serbiya vətəndaşının yaralandığı bildirilir.
Bundan başqa, Albaniya aralarında Kosovo və Şimali Makedoniya vətəndaşları da olmaqla, 40 nəfəri İsraildən təxliyə edib. Monteneqro hökuməti isə İsraildəki vətəndaşlarının təxliyəsi üçün işləri davam etdirir.
Tehsil-press.az