FHN: Qubada ev yandı

FHN: Qubada ev yandı Quba rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, rayonun Xucbala kəndində qeydə alınıb.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 81 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 1.5 ton ot bağlamasının 200 kq-ı yanıb.
Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər