Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlərin diqqətinə

Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlərin diqqətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin I sinfinə 6 yaşı bu ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların qəbulu məqsədilə müsahibələr başlayıb.

Bu barədə idarənin mətbuat xidmətindən bildirilib. Müsahibələr Bakı şəhərinin Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir.
Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 15-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.
Müsahibədən sayt vasitəsilə qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.
İdarənin məlumatına görə, ümumilikdə, bu günədək 6 yaşı tamam olmayan 4171 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər