Bakıda 3179 şagird 6 yaşlı tamam olmamış məktəbə gedəcək

Bakıda 3179 şagird 6 yaşlı tamam olmamış məktəbə gedəcək Bakıda 2016-2017-ci tədris ili üzrə orta məktəbin I sinfinə qəbul üçün elektron qeydiyyatdan keçən uşaqların 3179 nəfəri 6 yaşı tamam olmayanlardır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb. Uşaqların I sinfə qəbulu prosesi sentyabrın 15-dək davam edəcək. Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 41066 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. 35050 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 31496 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3554 nəfəri isə lisey və gimnaziyaları seçib. (lisey və gimnaziyaların I sinfinə elektron qəbul yekunlaşıb).
İndiyədək olan rəsmi məlumata əsasən, 21176 nəfər oğlan, 18562 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 3179 nəfəri 6 yaşı tamam olmayanlardır.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na görə, 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar da müsahibə əsasında I sinfə qəbul oluna bilər.


Tehsil-press.az

Oxşar xəbərlər