İtaliyanın Genuya şəhərindəki körpü qəzasına görə mühakimə olunan 59 nəfərin məhkəməsi başlayıb

İtaliyanın Genuya şəhərindəki körpü qəzasına görə mühakimə olunan 59 nəfərin məhkəməsi başlayıb İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında 2018-ci ildə avtomobil körpüsünün uçması nəticəsində 43 nəfərin həlak olduğu insidentlə bağlı mühakimə olunanların məhkəməsi keçirilir.Genuya məhkəməsində körpünün təmiri və istismarına cavabdeh “Autostrade per l'Italia” (ASPI) şirkətinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla mühakimə edilən ümumilikdə 59 nəfərin ilk məhkəməsi baş tutub.
Məhkəmə kollegiyası ilk iclasda iddiaçının iddialarını qəbul edib, 2023-cü il iyulun 19-dək keçiriləcək məhkəmə tarixlərini planlaşdırıb. Məhkəmə prosesində şübhəlilər xeyli sayda insanın ölümünə səbəb olmaq, magistral yolda adam öldürmək, ehtiyatsızlıq səbəbindən fəlakətin baş verməsi, səhlənkarlıq, nəqliyyatın təhlükəsizliyinin təmin olunmaması və saxtakarlıq kimi müxtəlif ittihamlarla mühakimə ediləcəklər.
Xatırladaq ki, 2018-ci il avqustun 14-də Genuya şəhəri yaxınlığında 1960-cı illərdə inşa edilən və üzərindən A10 avtomagistralının keçdiyi 200 metrlik Morandi körpüsü uçub. Hadisə zamanı körpüdə 35 minik avtomobili və 3 yük maşını olub, faciədə 43 nəfər ölüb.
Körpünün qalan hissələri 2019-cu ildə sökülüb. Yerində yeni inşa edilmiş Müqəddəs Georgi körpüsü isə 2020-ci ildə istifadəyə verilib.

Tehsil-press.az


Oxşar xəbərlər