İsmayıllıda içində 3 nəfər olan “Niva” çaya düşüb

İsmayıllıda içində 3 nəfər olan “Niva” çaya düşüb İsmayıllıda içində 3 nəfər olan "Niva" markalı minik avtomobili çaya düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Tehsil-press.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Girdiman çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Niva” markalı minik avtomobili bataraq, içərisində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobili sudan çıxarıb və vətəndaşlara müvafiq köməklik göstəriblər. Əməliyyat saat 18:23-də başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər