Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı 2021-ci ilin ölkəmiz üçün uğurlu olduğunu bildirib. Prezident qeyd edib ki, il ərzində qarşıya qoyulan bütün məqsədlər reallaşıb, ölkəmiz inkişaf edərək, daha güclü Azərbaycan kimi dünyada tanınır.
Təxminən 30 illik işğaldan sonra 2020-ci ildə azad olunan bölgələrimizdə bu il böyük uğurların əldə olunağı gözlənilir. Kənd təsərrüfatı, turizm, quruculuq işlərində 2022 -ci ildə Qarabağa bölgəsinə ümidlər böyükdür.
İşğaldan azad edilən bölgələrin deputatları təmsil etdikləri ərazi üzrə 2022-ci ilin əsas hədəflərini açıqlayıblar.
İşğaldan azad olunmuş ərzilərimizə qayıdış başlayır…
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə deputat Elman Məmmədov 2022-ci ilin böyük qayıdışın başlanğıcı kimi tarixə düşəcəyini qeyd edib.
Onun sözlərinə görə, böyük ehtimalla yaz aylarından etibarən Şuşaya qayıdış başlayacaq:
“Şuşalılar öz doğma yurd-yuvalarına köçürüləcəklər. 44 günlük müharibədə qələbə qazandıqdan sonra Şuşada çox sürətlə quruculuq, bərpa tikinti işləri aparılır. Yəni, əhalinin ora qayıdışı, yaşayışı üçün lazım olan işlər bir ildən artıqdır görülür və görülməkdə də davam edir.
2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı bu işlər daha da sürətlə həyata keçiriləcək. Eyni zamanda, Şuşada Azərbaycan tarixinin qədimliyini, tarixi mədəniyyət dəyərlərini özündə əks etdirən çox işlər görüləcək. Artıq müəyyən qədər işlər görülüb. Məsələn, Vaqifin məqbərəsinin bərpası, Gövhər ağa məscidi və s. Əlavə də yəqin ki, bu istiqamətdə dövlət proqramı səviyyəsində işlər görüləcək. “Şuşa ili” ilə bağlı bütün işlər yüksək səviyyədə reallaşacaq. Bu il həm də Pənahəli xan tərəfindən Şuşa qalasının, Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi qeyd olunacaq. Bu bayrama hazırlıq üçün bütün işlər sürətlə aparılacaq. Təkcə Şuşaya yox, hesab edirəm ki, digər işğaldan azad olunmuş ərzilərimizə də böyük qayıdış gözlənilir. Kütləvi olmasa da, qismən olacaq. Zəngilanda “Ağıllı kənd” layihəsi ilə tikilmiş İkinci Ağalı kəndi, Ağdam ərazisində müəyyən yerlər, hətta Kəlbəcər, Laçında bəzi ərazilər var ki, əhalinin bu yerlərə qismən qayıdışı təmin olunacaq. Təbii ki, bütün bunlar təhlükəsizlik tədbirlərinin və lazımi şəraitin yaradılması nəticəsində olacaq”.
E.Məmmədov bildirib ki, Ağdam şəhəri yenidən qurulur, yeni layihə üzrə inşa edilir:
“Artıq Bərdə-Ağdam yolunun tikintisinə çoxdan başlanılıb, qısa müddətdə yekunlaşdırılacaq. Ağdam şəhərinin yeni Baş planı əsasında Prezident ilham Əliyevin rəhbərliyi altında Ağdam Azərbaycanda Bakı və Gəncədən sonra 3-cü şəhər kimi tikiləcək. Yəni, çox müasir, gözəl şəhər kimi dünyaya örnək olacaq.
Əhalinin qayıdışı üçün təkcə evlərin tikilməsi kifayət etmir. Bütün işlər paralel gedir. İlkin olaraq təhlükəsizlik tədbirləri, yaşayış üçün evlər, iş yerləri, məktəb, xəstəxana, bağçalar, bütün infrastruktur paralel qaydada aparılır ki, insanlar ora köçürüləndə heç bir problem yaşamasınlar”.
“Cəbrayılda çox böyük layihələrin icrasına başlanılıb”
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Ceyhun Məmmədov qeyd edib ki, 30 illik düşmən işğalından azad olunan bölgələrimizdə böyük quruculuq, abadlıq işlərinə başlanılıb:
“Eyni zamanda, bu gün həmin işlər Cəbrayılda da uğurla həyata keçirilir. Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda bir sıra mühüm infrastruktur layihələrinin təməli qoyulub. Sürətli yol çəkilişi davam edir və Şükürbəyli-Hadrut yolu artıq asfatlanır. Elektrik təchizatı yüksək səviyyədə qurulub. Ötən il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının bir illiyi münasibəti ilə keçirilən tədbirdə Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və müəyyən fikir mübadiləsi apardı. Həmin gün şəhər mərkəzinin, yaşayış binalarının, rayon xəstəxanasının, Cəbrayılın ən böyük məktəblərindən biri olan Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyuldu. Eyni zamanda, burada “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, “KamAZ” servis mərkəzi yaradılır. Deyə bilərik ki, bu gün Cəbrayılda bu layihələr çox böyük sürətlə, uğurla icra olunur. Hazırda Horadizdən başlayaraq, Zəngilana doğru gedən Zəngəzur dəhlizinin bir hissəsini təşkil edən yol çəkilişi, Horadizdən başlayaraq Zəngəzur yolunun tərkib hissəsi olan dəmir yolu xəttinin çəkilməsi sürətlə inşa olunur”.
Parlamentari bildirib ki, bütövlükdə, bütün Qarabağda, eləcə də Cəbrayılda hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər həyata keçirilir:
“Qeyd etdiyimiz görüləcək işlərin kiçik bir hissəsidir. Burada “Yaşıl enerji” ilə bağlı layihələr, Cəbrayıl ərazisində bir sıra yeni müəssisələrin yaradılması, Günəş enerjisindən istifadə və elektrik enerjisinin əldə olunması istiqamətində müəyyən layihələr var. Bütövlükdə, deyə bilərik ki, hazırda Cəbrayılda çox böyük layihələrin icrasına başlanılıb. İnanırırq ki, bir neçə ildən sonra vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, həyatlarını orada davam etdirəcəklər. Bu gün dövlət bunun üçün lazımi bütün zəruri addımları atır, tədbirlər həyata keçirir. Artıq dövlət büdcəsindən də vəsaitlər ayrılıb”.
C.Məmmədov qeyd edib ki, bu il də işğaldan azad edilmiş bölgələrimizdə yenidənqurma işlərinin sürətlə həyata keçirilməsinə şahid olacağıq:
“Tezliklə 30 il işğal həyatı yaşayan, talan edilən rayonlarımız dünyanın ən abad, ən gözəl şəhərlərindən, yaşayış məskənlərindən biri olacaq”.
Kəlbəcərdə hərbi xəstəxana tikilir
123 saylı Kəlbəcər seçki dairəsindən deputat Aqil Məmmədov vurğulayıb ki, Prezidentin işğaldan sonra rayona səfəri zamanı bölgənin yenidən qurulması, bərpası haqqında öz göstərişlərini verib:
“Hazırda müəyyən yol, elektrik enerjisinin çəkilməsi sahəsində, hərbçilər üçün modul tipli xəstəxananın tikilməsi istiqamətində bir çox işlər görülür. Amma qəsəbələrin tikilməsi, şəhərin bərpası ilə bağlı plan hazırlanıb, qısa zamanda işlərə başlanılacaq. Hazırda tunel yolunun çəkilişi davam edir.
Kəlbəcərin və digər işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar artıq Prezident bir il bundan öncə öz tövsiyə və tapşırıqlarını verib. Hazırlanan layihə-plan əsasında tikinti quruculuq işlərinə başlanılacaq. Tikinti quruculuq işlərinə qədər təbii ki, müəyyən infrastruktur layihələr başa çatmalıdır. Yəni, Kəlbəcərə gedəcək yol tam bərpa edilməlidir ki, gediş-gəliş asanlaşsın. Prezident İlham Əliyevin 16 avqust 2021-ci il Kəlbəcərə səfəri zamanı Göygöl rayonunun Toğana kəndində Kəlbəcərə yeni tunel yolunun təməl qoyması çox böyük layihədir. Göygöl-Kəlbəcər istiqamətində başlanılan tunel yolda 600 metrdən çox, eyni zamanda, Kəlbəcərdən Göygölə gələn tunel yolda təxminən 400 metrdən artıq yol işlənilib. Kəlbəcər rayonun ərzisində son zamanlar yeni bərpa olunmuş 700 metrdən artıq 10-12 metr eni olan torpaq yollar işlənib hazır vəziyyətdədir. O yollar hələ asfatlanmayıb. Kəlbəcərdə asfalt zavodu qurulduqdan sonra həmin yollar tam hazır olacaq".
A.Məmmədov bildirib ki, yaz aylarında tikinti-quruculuq işləri sürətlə davam edəcək:
“Daşkəsən rayonundan Kəlbəcər rayonuna yüksək gərginlikli elektrik xəttinin çəkilməsi artıq başa çatıb, orada yarımstansiya tikilib. Hərbi hissələrin, hüquq mühafizə orqanlarının əməkdaşları elektrik enerjisindən rahatlıqla istifadə edirlər. Hərbi hissələr və eyni zamanda, Kəlbəcərdə fəaliyyət göstərən qurumların əməkdaşları üçün çörəkbişirmə sexləri tikilib istifadəyə verilib. Hazırda Kəlbəcər rayonun yuxarı hissəsində Modul tipli hərbi xəstəxana tikilir. Qısa zamanda istifadəyə veriləcək. Su elektrik stansiyası da tikilib, istifadəyə hazır vəziyyətdədir.
Elektrik təminatı və yol infrastrukturu tikilib başa çatdıqdan sonra mərhələli şəkildə yenidənqurma işləri 2022-ci ildə daha sürətlə vüsət alacaq. Şəhərin və ayrı-ayrı qəsəbələrin bərpasına şərait yaranacaq.
Kəlbəcər rayonu böyük iqtisadi imkanlara malik olan strateji bölgədir. O baxımdan Kəlbəcərin yenidən qurulması, tikintisi birbaşa Prezident İlham Əliyevin diqqəti və nəzarəti altındadır. Bir çox şirkətlər artıq Kəlbəcərdə qızıl mədənlərinin axtarışındadır. Gələcəkdə civə istehsalının təmin olunması ilə əlaqədar bir çox işlər aparılır. Dağ-mədən sənayesinin inkişafı istiqamətində işlər artıq davam etdilir. Yaxın gələcəkdə bu sahədə böyük uğurlar gözlənilir”.
Deputat rayonun ərazisinin böyük olması və yüksək dağ silsilələri ilə əhatə olunmasının gələcəkdə turzmin inkişafın da töhfə verəcəyini bildirib:
“Bundan əlavə, kənd təsərrüfatının inkişafı üçün prespektivli yerdir. Arıçılığın, maldarlığın, qoyunçuluğun inkişafı üçün şərait var. Bundan səmərəli qaydada istifadəyə artıq 2021-ci ildən başlanılıb. Sahibkarların bir qisminə Kəlbəcərdə mal-qoyun saxlanılması üçün icazə verilib. 2022-ci ildə də bu istiqamətdə işlər daha da genişlənəcək. Artıq arı ailələrinin köçürülməsi planlaşdırılır. 2022-ci ildə Kəlbəcərdə bu sahələrdə fəaliyyət göstərən sahibkarların imkanları daha da genişlənəcək. Bu da təbii ki, iqtisadiyyatımıza öz müsbət təsirini göstərəcək. 2022-ci ildə Azərbaycan daha böyük uğurlar əldə edəcək, yeni layihələrin təməlqoyma mərhələsi baş tutacaq”.
A.Məmmədov yeni kənd və qəsəbələrin tikilməsi başa çatdıqdan sonra sakinlərin köçürülməsi işlərinə başlanılacağını söyləyib".
2022-ci ildə Füzuli sakinlərinin köçürülməsi gözlənilir
84 saylı Füzuli seçki dairəsindən seçilən deputat Vüqar Bayramov xatırladıb ki, ötən il oktyabr ayında Füzuli şəhərinin təməl daşının qoyulma mərasimi olub:
“Füzuli rayonunda nəqliyyatinfrastrukturun formalaşdırılması həyata keçirilir. Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən yeni avtomobil yolunun inşaası, istifadəyə verilən Zəfər yolu, Füzuli-Hadrut, Füzuli-Horadiz-Cəbrayıl-Ağbənd avtomobil yolu, eyni zamanda, Horadizlə Zəngilanı birləşdirəcək dəmir yolu xəttinin tikintisinə başlanılıb. Eyni zamanda, Füzuli şəhərinin yenidən qurulması və bərpası, şəhərin Baş planına uyğun olaraq, ilkin yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Dövlətyarlı kəndində “Ağıllı kənd” inşa ediləcək. Bu istiqamətdə də artıq işlər aparılır”.
Deputat qeyd edib ki, Füzuli iqtisadi baxımdan böyük potensiala malik olan rayonlardandır.
Onun sözlərinə görə, işğala qədər rayonda taxılçılıq, pambıqçılıq, üzümçülük geniş yayılmışdır.
“Füzuli xüsusən taxıl və üzüm istehsalına görə respublikada seçilən rayonlardan idi. Bu gün həmin torpaqların istifadəsinə dair araşdırmalar gedir. Bizim də təklifimiz ondan ibarətdir ki, Füzuli rayonunda daha çox taxılçılığın inkişafına önəm verilsin. Nəzərə alsaq ki, yaxın gələcəkdə taxıla olan tələb dünya bazarında artacaq. Növbəti illərdə də dünya bazarında təklifin azalacağı gözlənilir. Ona görə yerli istehsalın artırılmasında Füzuli rayonunun xüsusi payı ola bilər. Rayonla bağlı iqtisadi baxımdan əsas hədəflər ölkənin ərzaq və ərzaq təhlükəsilziyinə xüsusi töhfə verməsidir. Bundan əlavə, burada sənaye və turizm potensialı da var. Amma aqrar potensial daha yüksək olduğu üçün gözlənilir ki, Füzuli rayonu kənd təsərrüfatının inkişafına, xüsusən də taxılçılığa böyük dəstəyi ola bilər”.
V.Bayramov 2022-ci ildə Füzuli sakinlərinin köçürülməsi işlərinin intensiv şəkildə aparılacağını qeyd edib:
“Hazırda məskunlaşma ilə bağlı dəqiq zaman demək çox çətindir. Amma gözlənilir ki, ilkin məskunlaşma Dövlətyarlı kəndində olacaq. Çünki orada “Ağıllı kənd” layihəsi həyata keçirilir. Füzulinin bir hissəsində də məskunlaşma olacaq. 2022-ci ildə məskunlaşma istiqamətində intensiv işlərin aparılması dəqiqdir, amma məskunlaşmanın nə zaman başlanacağını söyləmək çətindir. Çünki o işlərin xüsusən də bütövlükdə kəndin və şəhərin bir hissəsinin təhvil verilməsindən asılı olacaq. Amma bütün hallarda gözlənildiyindən daha yaxın zamanda məskunlaşmanın başlanacağı ehtimal olunur”.
Tehsil-press.az