AzTU: “Erasmus+” CRENG layihəsi çərçivəsində master-klas keçirilib

AzTU: “Erasmus+” CRENG layihəsi çərçivəsində master-klas keçirilib Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində onlayn master-klas keçirilib.
4 gün ərzində keçirilən master-klas dərslərində AzTU-nun Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedralarının, Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, həmçinin magistratura və doktorantura tələbələri iştirak ediblər.
Dərslər fəlakət vəziyyətlərində humanitar logistika və nəqliyyat xidmətləri, logistika sistemlərinin modelləşdirilməsi üzrə “AnyLogic”, qlobal depolama sistemlərində müasir problemlər, qlobal nəqliyyat sistemində yükün iki və ya daha çox nəqliyyat vasitəsilə daşınmasında irəliləyişlər, riskin və böhranın proqnozlaşdırılması və s. mövzuları əhatə edib.
Sonda müstəqil auditorun iştirakı ilə layihənin ümumi monitorinqi olub.

Tehsil-press.az


Oxşar xəbərlər