Azərbaycan Texniki Universitetində (AzTU) Özbəkistanın “Transproyekt” MMC şirkəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə “Nəqliyyat planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda konfrans işə başlayıb.
Rektor Vilayət Vəliyev konfransda əldə olunan nəticələrin nəqliyyat sektorunda yeni yanaşmaların tətbiqi baxımından faydalı olacağını qeyd edib.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA-nın nümayəndələri konfransın əhəmiyyətindən danışıblar.
AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması istiqamətində görülən işlərlə bağlı geniş təqdimatla çıxış edib.
Konfransda Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstandan ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək konfransda nəqliyyat modellərinin inkişafı, ictimai nəqliyyatın inkişafı və planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, işıqforun tənzimlənməsinin optimallaşdırılması kimi bir sıra mövzularda məruzələrlə yanaşı, “PTV Visum 2024”, “PTV Vissim” və “PTV Viswalk 2024” proqram təminatlarının yenilənən imkanlarına dair təqdimatlar dinləniləcək.
Tehsil-press.az