Ebru Gündəş həbs edilə bilər

Ebru Gündəş həbs edilə bilər Müğənni məhkəməyə məcburi qaydada gətiriləcək.

Hazırda ABŞ-da həbsdə olan Azərbaycan əsilli, türk iş adamı Rza Zərrabın dəbdəbəli villalarında aparılan qanunsuz inşaat ilə bağlı məhkəmə qərar verib. Tehsil-press.az-n Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Zərrabın İstanbulun Kandilli səmtindəki 3 mərtəbəli villalarında aparılan dəyişiklik tarixi abidələrə kobud müdaxilə kimi qiymətləndirilib.  
Rza Zərrabın milyonlarla dollarlıq villalarında söküntü başladı. Binalara müdaxilə ilə bağlı açılan məhkəmə iddiasında R.Zərrab, həyat yoldaşı Ebru Gündəş və təmir işlərini aparan Hakkı Süha Gökdemirin 3 il azadlıqdan məhrum edilməsi tələb edilir. 
Məhkəmə həyat yoldaşı həbsdə olan E.Gündəşin məcburi qaydada məhkəmədə iştirakını təmin etmək haqqında qərar verib. 
Bir müddət öncə 61 metr uzunluğunda olan bu tikilinin əlavə tikilən hissələrinin tamamilə sökülməsi haqqında qərar verilib. Bina əvvəlki formasına uyğun restavrasiya ediləcək. 
Bir müddət əvvəl iş adamı dəniz mənzərəli 2 köşk alıb. 4 hektar ərazi olan əkiz villa 1000 kvadrat metrdir. Mülkləri aldıqdan sonra Zərrab onların tarixi görkəminə müdaxilələr edib və bəzi hissələri əlavə etdirib. 
İş adamı sözügedən bu iki villanı (yalı) qızı Alaranı dünyaya gətirdiyinə görə həyat yoldaşı Ebru Gündəşə hədiyyə etmişdi. Kanlıcadakı villaların qiyməti o zaman 40 milyon dollar dəyərində olub. Qoşa yalı 1970-ci ildə tarixi əsərlər siyahısına salınıb. 


Ebru Gündəş həbs edilə bilər


Tehsil-press.az

Oxşar xəbərlər