UFAZ əməkdaşları BDU-nun Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar

UFAZ əməkdaşları BDU-nun Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar Azərbaycan-Fransız Universitetinin (UFAZ) baş katibi Elizaveta Bydanova, Kimya və kimya mühəndisliyi tədqiqat şöbəsinin müdiri Kristof Serra Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində olublar.
Görüşdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova, Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının elmi işçisi Ələkbər Hüseynzadə iştirak ediblər.
Görüş zamanı universitetlərarası elmi əməkdaşlıq müzakirə edilib, beynəlxalq layihələrin hazırlanması planlaşdırılıb.
Qonaqlar Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar.

Tehsil-press.az




Oxşar xəbərlər