Məktəblilər BMU-da ekskursiyada

Məktəblilər BMU-da ekskursiyada Xaçmaz Hazırlıq Mərkəzində təhsil alan X və XI sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.
Ekskursiyanın təşkilində əsas məqsəd məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək və BMU haqqında məlumatlandırmaq olub.
BMU-nun Təcrübə şöbəsinin əməkdaşı Ceyhun Vəliyev şagirdlərə ali təhsil ocağında mövcud olan fakültələr və tədris edilən ixtisaslar barədə geniş məlumat verib.
Sonra şagirdlər universitetin kitabxanası, İKT mərkəzi, Texnopark, Kimya, Biologiya, Fizika, Mexanika və digər tədris laboratoriyalarında olublar. Laboratoriyalarda şagirdlərə elmi təcrübələri izləməyə şərait yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər