Bakı Dövlət Universitetinin nəzdində faliyyət götərən "Gənc İstedadlar" liseyinin 6b sinif şagirdləri sinif rəhbəri Könül Şahbazovanın təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanın qədim şəhərlərindən olan Şəkiyə ekskursiya ediblər.
Şagirdlər Şəki Xan Sarayı, Karvansaray, Kiş Tarixi-Memarlıq Qoruğu, Tarix-diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyində olublar. Şagirdlərə 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şəkinin tarixi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi, ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar haqqında ətraflı məlumat verilib.
Kitablardan oxuduqlarının əyani şahidi olan məktəblilər onlar maraqlandıran bir çox suallara cavablar tapıblar.

Mətbuat və informasiya şöbəsi