Türk əlifbasında "ə", "x" səsləri ilə bağlı təklif var

Türk əlifbasında "Türkdilli ölkələr üçün ortaq türk əlifbasının yaradılması olduqca vacibdir və hazırda bunun üçün işlər aparılır".

Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib. M.Nağısoylu bildirib ki, ortaq türk əlifbasının olması Beynəlxalq Türk Akademiyası tərəfindən bu yaxınlarda Astanada keçirilən beynəlxalq simpoziumda da müzakirə edilib:
“Simpoziumun bölmələrindən biri türkoloji qurultayın 90 illiyinə həsr olunmuşdu. Tədbirdə iştirak üçün 40-a yaxın ölkədən alimlər gəlmişdilər. Onların da hamısının fikri belə oldu ki, bütün türk xalqları vahid əlifbadan istifadə etməlidirlər. Bu onların yaxınlaşmasına kömək edər. Biz də təbii ki, bu işə öz töhfəmizi verməliyik”.

Türk əlifbasında "ə", "x" səsləri ilə bağlı təklif var
Türkdilli ölkələrin şagirdləri üçün yeni fənnin tədrisi təklif olunur

Hazırkı latın qrafikalı Azərbaycan əlifbasını təkmil sayan M.Nağısoylu hesab edir ki, əlifbamızda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur.
Amma İnstitut rəhbəri Türkiyə türklərinin əlifbasında bəzi dəyişikliklərin edilməsi üçün öz təkliflərini də açıqlayıb:“Türklərdə “ə” səsi, “x” səsi - ola bilsin ki, müəyyən dialektlərdə “x” səsi yoxdur - olsa da, onları ifadə edən ayrıca bir işarə yoxdur. Məsələn, onlar “əvət” deyirlər, “evet” demirlər ki! Azərbaycan əlifbasında olduğu kimi, türk əlifbasında da “ə” və “x” səslərini bildirən hərflərin olması məqbul olardı, çünki həmin səslər var. Buna görə də bu səsləri mütləq ifadə etmək lazımdır. Yəni ortaq məxrəcə gəlmək lazımdır. Bu, çox vacibdir”.


Tehsil-press.az

Oxşar xəbərlər